Namizədlər facebookda seçki kampaniyasından danışdılar
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzVision.az-a açqılamasında Bəxtiyar Hacıyevin təklifini müsbət qarşıladığını deyib:
-Namizədliyim təsdiqlənəndən sonra bu məsələyə baxa bilərik. Hər halda lazım olsa, sosial şəbəkələrdə biz də öz təbliğatımızı apara bilərik. Bu, pullu təbliğat-təşviqat kampaniyasıdır. Alqışa layiq bir təklifdir. Bu təklifi süngü ilə qarşılamağa ehtiyac yoxdur. Bəxtiyar mənim əmimoğludur, onunla məsləhətləşib, sonra fikrimi bildirəcəm”.
Azadlıq partiyasının sədri Əhməd Oruc:
-Söhbətin nədən getdiyini dəqiq bilmirəm. Ona görə də indi hə, yox,demək doğru çıxmaz. Indiki şəraitdə əsas imzaların toplanmasıdır.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə :
-Biz artıq imzaları təhvil vermişik. Bu barədə Bəxtiyar Hacıyevlə görüşüb söhbət edəcəyik.
Azərbaycan Sosial-Demokrat partiyasının sədri Araz Əlizadə :
-Gərək nə qədər özünə hörmət etməyəsən ki, sosial şəbəkədə sənin seçki təşviqatın aparılsın. Mənim balıq Hafizin qardaşı oğluna verməyə pulum yoxdur.
Nihadə Eyyubova