Rusiyada antiterror əməliyyatı - 6 nəfər tutuldu

Rusiyada antiterror əməliyyatı - 6 nəfər tutuldu
  05 Aprel 2017    Oxunub:1079
Sankt-Peterburqda terrora yardım etdiyinə görə Orta Asiyadan olan altı nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, onlar 2015-ci ilin noyabrından Sankt-Peterburqda yaşayan orta asiyalıları “Cəbhat ən-Nüsra” və İŞİD kimi terror təşkilatlarına cəlb etməklə məşğul olublar.

Hazırda onların yaşadığı evlərdə axtarış aparılır.

Bildirilib ki, hələlik həmin şəxslərin Sankt-Peterburq metrosunda partlayış törədən şəxslə əlaqəsinin olması barədə məlumat yoxdur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Terror  





Xəbər lenti