Putindən MDB ölkələrinə terror xəbərdarlığı

Putindən MDB ölkələrinə terror xəbərdarlığı
  05 Aprel 2017    Oxunub:1591
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərləri ilə görüşüb. AzVision.az-ın məlumatına görə, görüş zamanı Putin bildirib ki, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi vacib məsələdir:
“Məhz dəqiq, razılaşdırılmış qarşılıqlı fəaliyyət, operativ və analitik məlumatlar mübadiləsi Birlik məkanında mövcud təhdidlərlə mübarizə aparmağa imkan verər”.

O, qeyd edib ki, terrorla mübarizə davam etdirilməldir: “Sankt-Peterburq metrosunda partlayış təsdiq edir ki, təəssüf ki, vəziyyətin yaxşılaşdığını görə bilmirik. Hazırda bütün MDB ölkələri terror aktının potensial hədəfi halındadır”.

O, qeyd edib ki, MDB ölkələrində təhlükəsizlik baxımından əsas təhdidlər mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti, eləcə də xarici qüvvələrin MDB ölkələrində siyasi vəziyyətə təsiridir.

Putin, həmçinin əmin olduğunu bildirib ki, toplantı iştirakçıları vacib məsələləri ətraflı müzakirə edəcək və ən perspektivli əməkdaşlıq istiqamətlərini müzakirə edəcəklər.

Qeyd edək ki, görüşdə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Orxan Sultanov da iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Putin   MDB  





Xəbər lenti