Ermənistandan Avropa Məhkəməsinə şikayətlər 2 dəfə artıb

Ermənistandan Avropa Məhkəməsinə şikayətlər 2 dəfə artıb
  05 Aprel 2017    Oxunub:1525
2016-cı ildə İnsan Haqları üzrə Avropa Möhkəməsində Ermənistanla bağlı 10 yeni iş başlayıb. Bu da ötən illə müqayisədə iki dəfə çoxdur.

AzVision.az xəbər verir ki, bu barədə İnsan Haqları üzrə Avropa Möhkəməsinin cəzaların icra olunması ilə bağlı hesabatında bildirilir.

Hesabata əsasən 2016-cı il üzrə Ermənistanla bağlı 16 iş bağlanılıb, hazırda 19 işə baxılır.

İnsan Haqları üzrə Avropa Möhkəməsinin qərarına əsasən ümumilikdə 93 min 585 avro kompensasiya ödənmək barədə qərar qəbul edilib 2015-ci illə müqayisədə bu rəqəm iki dəfədən çox azalıb.

Hesabatda vurğulanır ki, Ermənistan ötən il 10 iş üzrə kompensiya ödəyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   AvropaMəhkəməsi  





Xəbər lenti