Rusiyadan aprel döyüşləri ilə bağlı bəyanat

Rusiyadan aprel döyüşləri ilə bağlı bəyanat
  05 Aprel 2017    Oxunub:2318
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar ötən ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində qeydə alınan gərginlikdən sonra bölgədə vəziyyətin sabitləşməsi üçün fəal səylər göstərib.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına keçəcək və davamlı nizamlanmaya nail olumasına istiqamətlənmiş dialoqu bərpa edəcəklər”, - deyə Zaxarova vurğulayıb.

"Bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində irimiqyaslı hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvada razılıq əldə olunmasından bir il ötür. Bu, 1994-cü ildə atəşkəs imzalanmasından sonra ən ciddi pozuntu halı oldu", - M.Zaxarova bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Qarabağ   Ermənistan   Azərbaycan  





Xəbər lenti