Ermənistan ordusunun itkiləri - Rəqəmlər gizlədilir

Ermənistan ordusunun itkiləri - Rəqəmlər gizlədilir
  05 Aprel 2017    Oxunub:7136
Bu ilin yanvar-mart ayları ərzində qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb. Bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.
Məlumatda son üç ayda 8 ölüm faktının qeydə alındığı, onlardan ikisinin silahdan istifadə qaydasına düzgün əməl edilmədiyi, ikisinin yol-nəqliyyat hadisəsi və dəm qazından boğulma, ikisinin intihar, yaxud ölüm həddinə çatdırma, birinin isə səhhətində yaranan problem nəticəsində baş verdiyi qeyd olunub.

Xəbərdə bildirilib ki, daha bir ölüm faktının səbəbi araşdırılır. Məlumata görə, ötən ilin uyğun dövründə isə 3 ölüm qətl, 5-i bədbəxt hadisə, 5-i isə intihar və ya ölüm həddinə çatdırma nəticəsində baş verib.(Report)

AzVision.az


Teqlər: Ermənistan   Ordu   Əsgər   ölüm  





Xəbər lenti