"Əsədə qarşı münasibətim kəskin dəyişib" - Tramp

"Əsədə qarşı münasibətim kəskin dəyişib" - Tramp
  06 Aprel 2017    Oxunub:1357
"Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Dünən uşaqlara edilən hücum məni çox sarsıtdı. Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”, - deyə D.Tramp bildirib.

O qeyd edib ki, kimyəvi silahdan istifadə hallarına əvvəllər də təsadüf edildiyini nəzərə alaraq, Suriyada münaqişə yeni səviyyəyə keçir. “Dünən baş verənlər qəbuledilməzdir”, - deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 80 nəfərin öldüyü və 200 nəfərin yaralandığı bildirilir.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Suriya   Əsəd  





Xəbər lenti