İsrail tarixində ilk: Müsəlman qadına yüksək vəzifə verildi

İsrail tarixində ilk: Müsəlman qadına yüksək vəzifə verildi
  06 Aprel 2017    Oxunub:5083
İsrailin Xarici İşlər Nazirliyi 31 yaşlı müsəlman qadın Raşa Atamnini yəhudi dövlətinin Türkiyədəki səfirliyində yüksək vəzifəyə təyin edib. AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu, İsrail tarixində ilk belə diplomatik təyinatdır.
Raşa Atamni Türkiyədə İsrail səfirliyinin birinci katibi vəzifəsində çalışacaq. Hazırda İsrailin özündə də bir neçə müsəlman və xristian diplomat var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   İsrail   Səfirlik   XİN  





Xəbər lenti