İbrahimbəyov Bəxtiyar Hacıyevin ideyasını oğurladı?

İbrahimbəyov Bəxtiyar Hacıyevin ideyasını oğurladı?
  28 Avqust 2013    Oxunub:891
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov gənc fəal Bəxtiyar Hacıyevin fikirlərindən bəhrələnib. Gənc fəal facebook profilində belə bir status paylaşıb.

`Rüstəm İbrahimbəyov: `Xalq dəyişiklik istəyirsə, Milli Şuranın hesabına hərə 1 manat köçürsün`. "Yeni Müsavat" qəzeti, 27.08.2013

Siyasətçilərin ən böyük arqumentləri o olur ki, bizim maliyyəmiz yoxdur. Amma maliyyə toplamaq üçün də ən yaxşı imkan sosial şəbəkələrdə var. Ölkə prezidentliyinə iddialı olan siyasətçilər, 100 min, 200 min, 500 min insanın dəstəyinə arxalanırlar. Bu ölkədə 1 milyon narazı insan varsa, onların hər biri 1 manat versə, bu 1 milyon manat deməkdir. Bu sadəcə 1 milyon manat yox, həm də 1 milyon təbliğatçı deməkdir - Bəxtiyar Hacıyev, Azadlıq Radiosu, 19.07.2013

Sonra da deyirlər ki, sən Milli Şuraya dəstək vermirsən. Əgər Milli Şuranın sədri onunla bağlı verilişdə səsləndirdiyim təklif əsasında xalqa çağırış edirsə, bu dəstək deyil?`

AzVision.az


Teqlər:





Xəbər lenti