Vardanyan yol qəzasında öldü

Vardanyan yol qəzasında öldü
  06 Aprel 2017    Oxunub:1294
Ermənistanda Massis-Rancpar yolunda baş verən avtomobil qəzasında 28 yaşlı polis baş leytenantı Baqrat Vardanyan ölüb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Vardanyan Massis rayon Polis Şöbəsinin əməkdaşı olub.

Hadisə şahidlərinin sözlərinə görə, polisin idarə etdiyi “VAZ-21013” markalı avtomobilin qarşısına qəfildən mal-qara sürüsü çıxıb. Vardanyan heyvanları vurmamaq üçün manevr edən zaman idarəetməni itirib, nəticədə avtomobil aşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti