Ermənistan seçkidən sonra: Seçicilərə verilən pullar geri alınır

Ermənistan seçkidən sonra: Seçicilərə verilən pullar geri alınır
  06 Aprel 2017    Oxunub:5677
Ermənistanda deputat seçilməyən namizədlər mandat almaq üçün verdikləri pulları geri istəyirlər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gümrünün Ani bölgəsində yayılan söz-söhbətlərə görə, Sarkisyan partiyasından namizədliyi irəli sürülən şəxslərdən biri gülünc doğuran addım atıb.

Adı açıqlanmayan namizəd parlamentə seçilməməsi səbəbindən qərargah işçiləri vasitəsilə bir səs üçün verdiyi 10 min dram rüşvətin qaytarılmasını tələb edir.

Namizədin qərargah işçiləri əllərində siyahı ilə məhəllə-məhəllə gəzərək, mənzillərin qapılarını döyür, sakinlərin seçkiyə gedib-getmədikləri haqqında maraqlanır, daha sonra 10 min dram pulu tələb edirlər.

Qeyd edək ki, seçki öncəsi rüşvət paylanması, daha sonra əhalidən rüşvətin toplanması həqiqətən də Ermənistanda parlament seçkilərinin hansı səviyyədə keçdiyini açıq-aşkar sübut edir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti