Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər

Sankt-Peterburqda terror həyəcanı - Binanı partlatmaq istədilər
  06 Aprel 2017    Oxunub:1805
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasına yerləşdirilən partlayıcı qurğu zərərsizləşdirilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Nevsk rayon administrasiyasının rəhbəri Konstantin Serov bildirib.

“Partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib”, - deyə Serov vurğulayıb.

Ehtimal olunur ki, Sankt-Peterburqda növbəti dəfə partlayış törətmək istəyirlər.

Qeyd edək ki, bir neçə gün öncə Sankt-Peterburqda metroda partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Peterburq   Partlayış  





Xəbər lenti