Avstraliyadan Türkiyəyə terror xəbərdarlığı

Avstraliyadan Türkiyəyə terror xəbərdarlığı
  06 Aprel 2017    Oxunub:1351
Avstraliya hökuməti Türkiyənin Gelibolu yarımadasında Çanaqqala döyüşünün ildönümündə keçirilən bayram zamanı mümkün terror aktı ilə bağlı xəbərdarlıq edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya hökuməti aprelin 25-i qeyd olunacaq bayramda terror hücumunun ola biləcəyi barədə məlumatın olduğunu bildirib.

Türkiyə tərəfinin də bu barədə məlumatlı olduğu və yarımadada yüksək səviyyədə lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyi bildirilib.

Eyni zamanda Avstraliya hökuməti öz vətəndaşlarını terror təhlükəsi ilə bağlı Ankara və İstanbul kimi şəhərlərə səfər etməməyə də çağırıb.

AzVision.az




Teqlər: Türkiyə   terror  





Xəbər lenti