Ukraynalılar da Avropaya vizasız gedəcəklər

Ukraynalılar da Avropaya vizasız gedəcəklər
  06 Aprel 2017    Oxunub:4527
Avropa Parlamenti bu gün keçirilən plenar iclasda Ukrayna vətəndaşlarının Şengen zonası ölkələrinə qısamüddətli səfərləri üçün vizasız rejimin tətbiq olunmasını təsdiqləyib. AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Avropa Parlamentinin həmməruzəçisi Mariya Qabriyelin sözlərinə görə, Ukrayna Avropa İttifaqının bütün tələbələrini yerinə yetirib və bütün gözləntiləri üstəliyib:
“Biz bir daha təsdiqləyirik ki, Avropa Komissiyasının tələblərinə riayət edən hər bir ölkə onun vətəndaşları üçün vizaların ləğvindən faydalanmalıdır. İndi növbə Avropa İttifaqı Şurasındadır”.

Qanun layihəsinin lehinə 521, əleyhinə 75 səs verib. 36 avrodeputat isə fikir bildirməkdən imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Avropa   Ukrayna  





Xəbər lenti