Peterburqda növbəti partlayış - Video

Peterburqda növbəti partlayış - Video
  06 Aprel 2017    Oxunub:1559
Sankt-Peterburqda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, mənzillərin birində baş verən partlayış nəticəsində evin eyvanı dağılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da binanın həyətində olan avtomobilə ciddi ziyan dəyib. Bina sakinləri evakuasiya olunub.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Sankt-Peterburq   terror  





Xəbər lenti