NATO-nun Daşkənddəki bürosu bağlandı

NATO-nun Daşkənddəki bürosu bağlandı
  06 Aprel 2017    Oxunub:1567
NATO-nun Daşkənddə yerləşən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq bürosu aprelin 1-dən bağlanıb.
AzVision.az-ın məlumatına görə, bu barədə büronun əməkdaşı "RİA Novosti"yə bildirib.

Ofisinin bağlanması haqqında qərar ötən ilin payızında qəbul olunub. Bu zaman NATO-nun Mərkəzi Asiyadakı bürosunun rəhbəri Rozariya Pulizi bildirmişdi ki, ofisin bağlanması siyasi xarakter daşımır və büdcəylə bağlıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO   Daşkənd  





Xəbər lenti