Tramp Əsədə zərbə vurmağa hazırlaşır

Tramp Əsədə zərbə vurmağa hazırlaşır
  07 Aprel 2017    Oxunub:1650
ABŞ prezidenti Donald Tramp Əsəd rejiminin İdlib əyalətində müxaliflərin nəzarətində olan yaşayış məntəqəsinə kimyəvi silah hücumundan sonra Dəməşqə qarşı hərbi zərbə barədə düşünür.

Bu barədə CNN administrasiyadakı mənbəyə istinadən bildirir. Telekanalın xəbərinə görə, hələlik bu barədə hansısa qərar yoxdur, ancaq Tramp müdafiə naziri Ceyms Mattislə Suriya rejiminə qarşı mümkün hərbi zərbələr barədə müzakirələr aparır. Ehtimal olunur ki, prezident bu məsələdə Pentaqonun mövqeyinə əsaslanacaq.

Tramp bundan əvvəl bəyan etmişdi ki, İdlibdəki kimyəvi silah hücumundan sonra Bəşər Əsədlə bağlı fikrini dəyişib. Onun sözlərinə görə, bu hücum münaqişəni yeni mərhələyə keçirib. Və sivil dünya baş verənlərə laqeyd qala bilməz. Tramp kimyəvi silah hücumuna görə məsuliyyəti Dəməşqin daşıdığına tam əmin olduğunu bildirib.

Suriya rejiminin kimyəvi silah hücumu nəticəsində ölənlərin sayı 100-dən çoxdur.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Suriya   Əsəd  





Xəbər lenti