MSK: “Mövsüm Səmədovun müraciəti daxil olmayıb”

MSK: “Mövsüm Səmədovun müraciəti daxil olmayıb”
  28 Avqust 2013    Oxunub:1062
“Mərkəzi Seçki Komissiyasına İslam Partiyasının sədri Mövsüm Səmədovun prezidentliyə namizədliyi ilə bağlı müraciəti daxil olmayıb”.

Bunu MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O qeyd edib ki, MSK-nın 29 avqust iclasında avqustun 24-də müraciət edənlərin məsələsinə baxılacaq.

Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin də sənədləri MSK-ya avqustun 24-də təqdim olunub.

Prezident seçkisinə qatılmış 17 nəfərin namizədliyi təsdiqlənib: İlham Əliyev, Əhməd Oruc, İlqar Altay, İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, İsmayıl Yusufov, Elşən Həsənov, Qüdrət İsaqov, İlyas İsmayılov, İlqar Məmmədov.(mediaforum)


Teqlər:  





Xəbər lenti