Erməni polkovnik qəzaya düşdü, ağır yaralandı

Erməni polkovnik qəzaya düşdü, ağır yaralandı
  07 Aprel 2017    Oxunub:1436
Ermənistanın Kotayk vilayətində "Mercedes" markalı avtomobil aşıb. Hadisə nəticəsində erməni hərbçi, polkovnik-leytenant yaralanıb. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Kotayk vilayətində ağır yol qəzası olub.
Saat 08:10 radələrində "Mercedes" (sürücü 38 yaşlı Karen. M) Nor Qeği Arqel şosesinin Arqel kəndinin inzibati ərazisində yoldan çıxaraq aşıb.

Sürücü ağır bədən xəsarətləri ilə Qriqor Lusavoriç tibb mərkəzinə köçürülüb. Sürücüyə ilkin yardım göstərilib. Məlum olub ki, xəsarət alan şəxs hərbçidir.

Məlumat görə, o, Ermənistanın Müdafiə nazirliyinə məxsus "N" saylı hərbi hissədə diviziyon komandiri işləyr. Rütbəsi polkovnik-leytenantdır.

Şahin Qocayev
AzVision.az


Teqlər: Erməni   Qəza   Polkovnik  





Xəbər lenti