Xalq yazıçısının vəziyyəti pisləşdi

Xalq yazıçısının vəziyyəti pisləşdi
  29 Avqust 2013    Oxunub:1039
Azərbaycanın xalq yazıçısı İsa Hüseynovun səhhətində problem yaranıb.

Yazıçının xanımı Firuzə Hüseynova bildirib ki, İsa Hüseynov hazırda Qazaxda yataq şəraitində müalicə alır: “İsada belə şeylər tez-tez olur. Son vaxtlar səhhəti yaxşılaşmışdı, özünü normal hiss edirdi. Keçən dördüncü gündən böyrəklərində problem yarandı, ürək çatışmazlığı da var. İndi həkim nəzarətindədir, müalicəsi davam edir”.

İsa Hüseynov 1928-ci ildə Ağstafanın Muğanlı kəndində anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. “Məhşər” , “İdeal”, “Qəbiristan” “Tütək səsi” və s. əsərlərin müəllifidir.

AzVision.az


Teqlər:





Xəbər lenti