Rusiya ABŞ-la əməkdaşlığı dayandırdı - Suriya qalmaqalı

Rusiya ABŞ-la əməkdaşlığı dayandırdı - Suriya qalmaqalı
  07 Aprel 2017    Oxunub:3801
Rəsmi Moskva Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və aviasiya uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı ABŞ-la bağlanmış memorandumun fəaliyyətini dayandırıb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in xüsusi bəyanatında deyilir.

“Yaranmış vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasını fövqəladə iclas keçirməyə çağırırıq”-deyə qeyd olunub.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. Bundan əlavə, aerodromdakı yanacaq sisternləri də yanıb. Yanğın indiyədək söndürülməyib. Bir qədər əvvəl zərbə nəticəsində 6 nəfərin, o cümlədən bir pilotun həlak olduğu barədə məlumat yayılıb. Həmçinin bir neçə təyyarəçinin yaralandığı bildirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Suriya   Rusiya  





Xəbər lenti