Sarkisyan qərar verdi: Spiker Karapetyan olacaq

Sarkisyan qərar verdi: Spiker Karapetyan olacaq
  07 Aprel 2017    Oxunub:4264
Ermənistan prezidenti Serj Sarkisyan yeni parlamentdə aparıcı vəzifələrdə olacaq şəxslərlə bağlı qərar qəbul edib. AzVision.az xəbər verir ki, "Jamanak"ın məlumatlarına görə, parlamentin sədri vəzifəsi "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın qardaşı, Ermənistan parlamentinin respublikaçı deputatı Karen Karapetyana həvalə olunacaq.
Onun qərarı, Karapetyanlar ailəsindən, xüsusilə Samvel Karapetyan tərəfindən baş nazir Karen Karapetyana göstərilən dəstəkdən asılıdır.

Respublika partiyasının vitse-spikeri Armen Aşotyan çox güman ki, Respublika fraksiyasının rəhbəri, Eduard Şarmazanov Ermənistan parlamentinin vitse-spikeri, Samvel Farmanyan AŞPA-da Ermənistan nümayəndəliyinin rəhbəri vəzifəsində olacaq.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti