AzVision hərbi marş müsabiqəsi keçirir – İstedad Vətənə xidmət etsin!

AzVision hərbi marş müsabiqəsi keçirir – İstedad Vətənə xidmət etsin!
  10 Aprel 2017    Oxunub:20561
Azərbaycanda hərbi, patriotik mahnılara, xüsusilə marşlara ciddi ehtiyac olsa da, təəssüf ki, bu sahədə bir boşluq müşahidə olunur. Halbuki, müharibə vəziyyətində olan, davamlı atəşkəsin pozulması halları ilə üzləşən ölkədə hərbi musiqi ciddi inkiaf etməlidir.

Bu boşluğu aradan qaldırmaq üçün AzVision.az saytı bəstəkarlar arasında hərbi marş müsabiqəsi keçirmək qərarına gəlib.

Marşın sözləri artıq yazılıb. Həmin sözlərə vətənpərvərlik və qələbə ruhunda musiqi bəstələmək tələb olunur. Təqdim edilən bəstələrin hamısı AzVision.az-da yayımlanacaq.
Onların arasında daha yaxşısı isə 3 peşəkar bəstəkar və 3 ictimai xadimin təmsil olunduğu münsiflər heyəti tərəfindən seçiləcək.

Seçilmiş variantın əsasında mahnının oxunması, aranjmanı və yayılmasını AzVision.az öz üzərinə götürür.

Qalib bəstənin müəllifini 1000 azn mükafat, digər iştirakçıları isə hədiyyələr gözləyir.

Bəstələr mayın 1-nə qədər qəbul ediləcək, mayın 10-da isə kimin qalib gəldiyi açıqlanacaq.

Əlavə məlumat almaq və bəstələrinizi göndərmək üçün əlaqə saxlaya bilərsiniz:

Telefon: 050 247 55 75, 055 635 95 96
e-mail: info @ azvision.az, mvusal @ gmail.com


Biz həm gəncləri, həm də peşəkarları bu müsabiqəyə qatılmağa dəvət edirik.
İstedadınız Vətənə xidmət etsin!

Marş üçün təklif olunan sözlər:

Dalğalan, bayrağım!

Səni Xankəndinə hansı ər dikər,
Qarabağ gözləyir haçandır, di gəl!
Şuşada, Ağdamda, Laçında dikəl
Dalğalan, bayrağım, haydı, dalğalan!

Dalğalan bayrağım, haydı, dalğalan!
Öndərim buyuran buydu: dalğalan!
Ey mənim ulduzlum, aylım, dalğalan!
Açılsın toplardan yaylım, dalğalan!


Dalğalan, göy rəngin göyü andırır,
Yaşılın yağını yaxır, yandırır,
Qırmızın damarda qanı dondurur,
Dalğalan, bayrağım, haydı, dalğalan!

Dalğalan bayrağım, haydı dalğalan!
Öndərim buyuran buydu: dalğalan!
Ey mənim ulduzlum, aylım, dalğalan!
Açılsın toplardan yaylım, dalğalan!


Qürbətdə vətənsən, vətəndə pirsən
Sənsən tapındığım - bir quran, bir sən
Görsən hər zirvədən, hər yerdən görsən,
Dalğalan, bayrağım, haydı dalğalan!

Dalğalan bayrağım, haydı dalğalan,
Öndərim buyuran buydu: dalğalan!
Ey mənim ulduzlum, aylım dalğalan,
Açılsın toplardan yaylım, dalğalan!


Vardırsa bayraqdar, bayraq var demək
Bayraq güc, bayraq şan, bayraq ar demək
Şəhidlər dediyin bayraqdar demək,
Dalğalan, bayrağım, haydı dalğalan!

Dalğalan bayrağım, haydı dalğalan,
Öndərim buyuran buydu: dalğalan!
Ey mənim ulduzlum, aylım dalğalan,
Açılsın toplardan yaylım, dalğalan!
Sən bizə əmanət, qaim ərmağan
Dalğalan, dalğalan, daim dalğalan!



Teqlər: #Müsabiqə   #HərbiMarş   #İncəsənət   #Musiqi  





Xəbər lenti