Türkiyə Suriya məsələsində ABŞ-ı dəstəklədi

Türkiyə Suriya məsələsində ABŞ-ı dəstəklədi
  07 Aprel 2017    Oxunub:1510
Rəsmi Ankara ABŞ-ın Suriya hökumətinin bazasına endirdiyi zərbələri dəstəkləyir və törətdiyi cinayətlərə görə Əsəd rejiminin cəzalandırılmasını nəzərdə tutan sonrakı addımları da dəstəkləyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda bildirilir.

“Biz ən yüksək səviyyədə ABŞ-ın Şayrat hərbi bazasında keçirdiyi əməliyyatı müsbət dəyərləndiririk. Türkiyə Suriya rejiminin cinayətlərini cəzalandırılacaq istənilən addımları tam şəkildə dəstəkləyir”.

Bəyanatda, həmçinin Türkiyənin Suriya münaqişənin sülh yolu ilə həlli üçün yolların axtarılmasını davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. Bundan əlavə, aerodromdakı yanacaq sisternləri də yanıb. Yanğın indiyədək söndürülməyib. Bir qədər əvvəl zərbə nəticəsində 6 nəfərin, o cümlədən bir pilotun həlak olduğu barədə məlumat yayılıb. Həmçinin bir neçə təyyarəçinin yaralandığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   XİN   ABŞ   Suriya  





Xəbər lenti