Putin Əsədi müdafiə etdi: “ABŞ-ın zərbələri təcavüzdür”

Putin Əsədi müdafiə etdi: “ABŞ-ın zərbələri təcavüzdür”
  07 Aprel 2017    Oxunub:3162
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, ABŞ-ın Suriyaya zərbələri suveren dövlətə təcavüz və saxta iddilar altında beynəlxalq normaların pozulmasıdır.

AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Suriya ordusunun kimyəvi silahı yoxdur: “Suriya Silahlı Qüvvələrinin bütün kimyəvi silah ehtiyyatlarını məhv etməsi faktı kimyəvi silahların qadağan olunması təşkilatı tərəfindən qeydə alınıb və təsdiqlənib”.

Rusiya prezidenti hesab edir ki, Vaşinqtonun bu addımı Rusiya- ABŞ münasibətlərinə ciddi zərbə vurur.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. Bundan əlavə, aerodromdakı yanacaq sisternləri də yanıb. Yanğın indiyədək söndürülməyib. Bir qədər əvvəl zərbə nəticəsində 6 nəfərin, o cümlədən bir pilotun həlak olduğu barədə məlumat yayılıb. Həmçinin bir neçə təyyarəçinin yaralandığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin   Suriya   ABŞ   Tramp  





Xəbər lenti