“ABŞ-ın zərbələrindən Rusiyanın xəbəri olub” - Peskov

“ABŞ-ın zərbələrindən Rusiyanın xəbəri olub” - Peskov
  07 Aprel 2017    Oxunub:2235
“Mövcud əlaqə kanalları vasitəsilə ABŞ-ın Suriyaya zərbə endirəcəyi barədə Rusiyaya məlumat verilib”. AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
“Bəli, bu məlumatlar (red-zərbələr haqqında) bizə verildi. Amma Putinə zəng vuran olmayıb”.

“Rusiya ABŞ raketlərinin qarşısını ala bilərdimi” sualını isə Peskov cavabsız qoyub.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. Bundan əlavə, aerodromdakı yanacaq sisternləri də yanıb. Zərbə nəticəsində 6 nəfər, o cümlədən bir pilot həlak olub. Həmçinin bir neçə təyyarəçinin yaralandığı bildirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Suriya  





Xəbər lenti