Məmmədyarov Küveyt və İordaniya səfirlərini qəbul edib

Məmmədyarov Küveyt və İordaniya səfirlərini qəbul edib
  28 Avqust 2013    Oxunub:1206
Xarici işlər naziri Elmar Məmmədyarov Küveytin Azərbaycandakı səfiri Ğəssan Abdulbari əl-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Elmar Məmmədyarov iki dost ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və səfir Ğəssan Abdulbari əl-Zəvavinin bu əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Səfir Ğəssan Abdulbari əl-Zəvavi Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə yaradılmış şəraitdən razılığını bildirib və ölkəmizdən yüksək təəssüratla ayrıldığını bildirib.

Elmar Məmmədyarov, həmçinin İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Adel Məhəmməd Adeylahı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və İordaniya arasındakı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib, Adel Məhəmməd Adeylaha sözügedən əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Səfir Adel Məhəmməd Adeylah Azərbaycanda çalışdığı müddətdə yaradılmış şəraitdən razılığını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti