Rusiya Suriyanın müdafiəsini gücləndirir - Video

Rusiya Suriyanın müdafiəsini gücləndirir - Video
  07 Aprel 2017    Oxunub:1925
ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən “Tomahawk” tipli 59 qanadlı raketdən yalnız 23-ü bazaya düşüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, digər raketlərin hara düşdüyü məlum deyil.

O, qeyd edib ki, nəticədə Suriyanın 6 ədəd "MiQ-23" təyyarəsi məhv edilib, radiolokasiya stansiyası dağıdılıb: “Bütün bunlara baxmayaraq Suriyanın Hava Hücumundan müdafiə sistemi gücləndiriləcək”.

General bildirib ki, ABŞ-ın Suriyanın “Şayrat” hərbi bazasına endirdiyi avizərbələrdən sonra “Əl-Qaidə” ilə əlaqəsi olan “Cəbhət əl-Nusra” qrupu Homs şəhərinə irimiqyaslı hücum ediblər: “Ümid edirik ki, bu hərəkətlər Amerika tərəfi ilə razılaşdırılmış xarakter daşımır”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Suriya   ABŞ  





Xəbər lenti