Sarkisyanın “dahiyanə əsəri” – Deputatxana, yaxud rüşvətxorlar məclisi

Sarkisyanın “dahiyanə əsəri” – Deputatxana, yaxud rüşvətxorlar məclisi
  07 Aprel 2017    Oxunub:5748
Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı beynəlxalq müşahidə missiyaları və bu ölkəyə akkreditə edilmiş xarici ölkələrin səfirləri seçicilərə verilən rüşvətin səsvermənin nəticələrinə təsir etməsi qənaətindədir.

Bu haqda ATƏT DTİHB müşahidə missiyası aprelin 4-də yaydığı ilkin hesabatda bildirib. Seçkilərdən sonra Avropa İttifaqı, ABŞ-ın Ermənistandakı səfirliyi, ötən gün isə Böyük Britaniyanın Ermənistandakı səfirliyinin bəyanatında rüşvətin seçkilərə təsiri haqda açıq-aşkar fikirlər yer alıb.

“Biz ümumi seçki prosesində olan etirazları, iddiaları nəzərə alırıq və səlahiyyətli orqanları səmərəli araşdırma aparmağa təşviq edirik"- deyə Böyük Briytaniya səfirinin bəyanatında vurğulanıb.

Xatırladaq ki, parlament seçkilərindən bir neçə gün öncə Ermənistanda ABŞ-ın, Böyük Britaniyanın və Avropa İttifaqının səfirlikləri müvafiq bəyanatla çıxış ediblər. Seçicilərin təhdidlərə məruz qalması, inzibati resurslardan istifadə cəhdləri və səslərin satın alınmasına dair bəyanatda xəbərdarlıq yer alıb.

“Seçki günü, yalnız həyata keçirilən seçki prosedurlarının müşahidəsi ilə məhdudlaşmayacaq”.

Ermənistanın hakimiyyət orqanları bu xəbərdarlığı sadəcə rədd etdi və açıq-aşkar rüşvətin paylanmasına davam etdi. Bundan başqa, bü gün respublikaçıların özləri də partiya daxilində seçicilərə rüşvət verilməsi haqda fikirlər səsləndiriblər. Artıq sadə erməni cəmiyyəti dağıdılmış rekord sayda rüşvətdən sonra formalaşdırılacaq yeni Ermənistan parlamentini, hakimiyyət orqanlarını Sarkisyanın “dahiyanə əsəri" kimi qiymətləndirir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti