Stokholmda terror törədildi: Ölənlər var (Yenilənib)

Stokholmda terror törədildi: Ölənlər var (Yenilənib)
  07 Aprel 2017    Oxunub:1631
Stokholmda yük maşını sürücüsünün avtomobili insanların üzərinə sürməsi terror aktıdır. AzVision.az “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə polisdən bildirilib.
Polis hadisə nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib.

Təsdiqlənməmiş məlumatlara görə, hadisənin baş verdiyi ərazidə silah səsləri eşidilib. Başqa bir məlumatda bildirilir ki, avtomobil insanları vurandan sonra mağazaya girib. Həmçinin xəsarət alanların olduğu deyilir.

Yük maşını "Spendrups" şirkətinə məxsus olub. Şirkətin nümayəndəsi avtomobilin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib. Artıq polisin şübhəli şəxsi saxladığı bildirilir.

***

İsveçin paytaxtı naməlum şəxs yük maşınını piyadaların üstünə sürüb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, yaralılar var.

Hadisə yerində xilasedicilər və polislər işləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İsveç   Stokholm   Terror  





Xəbər lenti