Stokholmda təhlükəsizlik tədbirləri gücləndirilib

Stokholmda təhlükəsizlik tədbirləri gücləndirilib
  07 Aprel 2017    Oxunub:2022
Stokholmun mərkəzində yerləşən “Drottningatan” küçəsində törədilən terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Şəhərin əsas küçələrinin və dövlət əhəmiyyətli obyektlərin mühafizəsinə əlavə qüvvələr cəlb olunub. Şəhər metrosunun bağlandığı, mərkəzi vağzalın təxliyə olunduğu bildirilir.

Yerli KİV-lərin məlumatına əsasən, İsveç polisi hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Hadisə yerinə çoxlu sayda xilasedici və polis qüvvələri cəlb olunub, helikopterlər havadan müşahidə aparır. Rəsmi məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

Hakimiyyət orqanları insanları şəhərin mərkəzi hissələrinə getməkdən çəkinməyə çağırıb. (AzərTAc)

AzVision.az


Teqlər: Stokholm   Terror  





Xəbər lenti