Stokholmda terror törədən şəxs saxlanıldı - FOTO

Stokholmda terror törədən şəxs saxlanıldı - FOTO
  08 Aprel 2017    Oxunub:3343
Stokholm polisi yük maşınını insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə TASS agentliyi Aftonbladet qəzetinə istinadla məlumat verib. Xəbərə əsasən, saxlanan şəxsin yüngül xəsarətlər aldığı məlum olub və o, hadisədə əli olduğunu etiraf edib.

Qəzetin mənbələrinin bildirdiyinə görə, həmin şəxsin əlamətləri polisin açıqladı şəxsin əlamətləri ilə üst-üstə düşür. Lakin İsveç polisi hələ ki bu məlumatı təsdiq etməyib. Polis hadisəni terror aktı kimi araşdırır.

Xatırladaq ki, naməlum şəxs Stokholmda qaçırdığı yük avtomobilini insanların üzərinə sürüb. Nəticədə 3 nəfər həlak olub, 15 nəfər yaralanıb. Oxşar hadisə bir müddət əvvəl Almaniyanın Qeydelberq şəhərində, Londonda, ötən il isə Nitsada baş vermişdi.

AzVision.az


Teqlər: Stokhol   Terror  





Xəbər lenti