İŞİD Mosulda kimyəvi silah işlədib

İŞİD Mosulda kimyəvi silah işlədib
  08 Aprel 2017    Oxunub:3672
İŞİD terror qruplaşmasının silahlıları cümə günü Mosulda dinc əhalini tərkibində döyüş qazı olan mərmilərlə atəşə tutublar.

Bu barədə şəhər bələdiyyəsinin sədri Əbdül Səttar əl-Xabuya istinadən “RİA Novosti” məlumat yayıb.

"İŞİD bu gün dinc əhali və azad olunmuş Yarmuk və Mətahin rayonlarında olan hökumət qüvvələrinə qarşı tərkibində döyüş qazı və xlor olan mərmilərdən istifadə edib", — deyə mənbə bildirir.

Onun sözlərinə görə, terrorçuların bu əməlindən neçə nəfərin zərər çəkdiyi barədə hələ ki, dəqiq məlumat yoxdur.

AzVision.az


Teqlər: İŞİD   Mosul  





Xəbər lenti