Rusiya da Suriyanı bombaladı: Ölən və yaralılar var

Rusiya da Suriyanı bombaladı: Ölən və yaralılar var
  08 Aprel 2017    Oxunub:12094
ABŞ-ın Suriya ordusunun aviabazasına endirdiyi zərbələrin ardından Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərini bombalayıb. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində 8 dinc sakin ölüb, xeyli sayda insan yaralanıb.
Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. 

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Suriya   Rusiya  





Xəbər lenti