Stokholmdakı terrora görə daha bir nəfər tutulub

Stokholmdakı terrora görə daha bir nəfər tutulub
  08 Aprel 2017    Oxunub:1049
İsveçin paytaxtı Stokholmda terror aktı törətməkdə şübhəli bilinən ikinci şəxs də saxlanılıb.

AzVision.az “RİA Novosti"-yə istinadən xəbər verir ki, terror aktından sonra ölkənin baş naziri Stefan Löven sərhəd nəzarəti tədbirlərinin sərtləşdirilməsinə dair qərar imzalayıb.

"Biz sərhəd nəzarəti tədbirlərinin sərtləşdirilməsi qərarına qəmişik. Terroristlər bizim necə yaşamalı olduğumuzu diktə edə bilməzlər", - deyə hökumət başçısı bildirib.

Qeyd edək ki,ötən gün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Faktla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Stokholm   Terror  





Xəbər lenti