"Əsəd qatildir, bir milyon insanı öldürüb" - Ərdoğan
“Avropa Birliyi bizə bir şey verdimi? Avropa Birliyinin bizə verdiyi cəmi 725 milyon dollardır. Bunlar dürüst deyil, elə Avropa Birliyinin naziri də buradadır. Söz verdilər ki, 3 milyard avro ödəyəcəyik . Təəssüf ki, ödəmədilər, rəqəm 725 milyon dollarda qalıb. Hətta daha sonra ikinci bir kredit - 3 milyard avro mövzusu oldu. Heç biri dürüst deyil. Bunların dünyası başqadır”.
ABŞ-ın Suriyada yerləşən aviabazaya zərblər endirməsinə gəlincə Türkiyənin dövlət başçısı bildirib: “Amerika Birləşmiş Ştatlarının xlor qazından istifadə edən o qatil Əsədə qarşı atdığı ilk addım ona cavab idi. Amma yetərlidirmi bu? Deyil. Düşünürəm ki, bunun davamı lazımdır. Çünki 1 milyona yaxın insanı öldürən adam bunun əvəzini ödəməlidir”.
İlkin Nəcəfzadə
AzVision.az