Sabiq erməni məmur stressə düşdü - 260 milyonluq seçki fırıldağı

Sabiq erməni məmur stressə düşdü - 260 milyonluq seçki fırıldağı
  08 Aprel 2017    Oxunub:2710
Ermənistanda keçirilən parlament seçkilərində namizədliyi hakim Respublika partiyası tərəfindən irəli sürülən Dövlət Gəlirləri Komitəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin keçmiş rəisi, məşhur seçki saxtakarı Samvel Samanyan stressə düşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Samanyan öz vilayətində daha çox səs əldə etmək üçün kifayət qədər pul xərcləyib. Lakin, o, gözlənilən səslərin yarısını alıb.

Samanyan Kotayk vilayətində ona ən azı 26 min nəfərin səs verəcəyini hesablayıb.
Məlumatlara əsasən, o, bu məqsədlə 260 milyon dramdan çox rüşvət verib. Lakin seçkilər nəticəsində Samanyan gözlənilən səslərin yalnız yarısını (12 min 645 səs) toplaya bilib.

Prosesdə ən istehzalı vəziyyət isə seçicilərin rüşvət aldıqları namizədə deyil, başqa bir şəxsə səs verməsidir.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti