Seçkidən sonra Sarkisyançılara yüksək vəzifələr verilir

Seçkidən sonra Sarkisyançılara yüksək vəzifələr verilir
  08 Aprel 2017    Oxunub:1213
Ermənistandakı parlament seçilərində saxtakarlıqla rəqiblərini qabaqlayan Respublika Partiyasının rəhbərliyi artıq öz tərəfdarlarına vəzifələr paylamağa başlayıb.

AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, parlamentin dövlət-hüquqi daimi komissiyasının sədri Hovannes Sahakyan yeni formalaşacaq parlamentdə təmsil olunmayacaq. Bu səbəbdən komissiyanın sədri vəzifəsi boş olaraq qalır.

Erməni KİV-ləri bildirir ki, prezident Serj Sarkisyan keçmiş prokuror Qevork Kostanyanla yanaşı parlament aparatının rəhbəri Hrayr Tovmasyanın bu vəzifə üçün təyinatına çalışır.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti