"Ruslar bizim dostumuz deyil" - ABŞ Senatının lideri

"Ruslar bizim dostumuz deyil" - ABŞ Senatının lideri
  08 Aprel 2017    Oxunub:1972
ABŞ Senatındakı respublikaçıların əksəriyyətinin lideri Mitç Makkonnell Rusiya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləməyə hazırdır. AzVision.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.
“Əgər onlar (Ağ Ev-red) hesab etsə ki, əlavə sanksiyalar lazımdır, yaxud bizdə (Konqres-red) iki partiyanın dəstəyini tələb edən təşəbbüs olarsa, mən buna açığam”, - deyə senator bəyan edib.

Makkonel bildirib ki, bu məsələni Senatın beynəlxalq işlər üzrə komitəsinin sədri Bob Korker ilə müzakirə etmək niyyətindədir: “ Hesab edirəm ki, administrasiyanın mövcud sanksiyaları ləğv etməsi çox yaxşıdır. Ruslar bizə dost deyil. Onlar dəfələrələ bunu göstərirlər”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti