Sarkisyan qumar dostunu vəzifədə saxlayır

Sarkisyan qumar dostunu vəzifədə saxlayır
  08 Aprel 2017    Oxunub:2202
İstefadan sonra hansı nazirlər gedəcək, hansılar qalacaq?
Aprelin 27-də Ermənistan parlamentinin ilk iclasında hazırda fəaliyyətdə olan hökümət istefa verəcək. Gələcək hökümətin formalaşması haqqında xəbərlər müxtəlifliyi ilə seçilir.

AzVision.az xəbər verir ki, “Hraparak” qəzetində daxil olan məlumata görə, nəqliyyat və rabitə naziri Vahan Martirosyanın vəzifəsindən uzaqlaşması haqqında informasiyalar əsassızdır. Sosial Təminat Nazirliyinin rəhbərliyinə namizəd baş nazirin keçmiş köməkçisi, nəticədə nazir müavini təyin edilmiş 28 yaşlı Aşot Markaryandır. Məlumatalara görə, hazırda Asatryan vəzifədən uzaqlaşdırılsa, onun yerinə Markaryan təyin ediləcək.

Qəzetin verdiyi digər xəbərə əsasən Ara Babloyanın səhiyyə naziri təyin ediləcəyi ilə bağlı xəbərlər şişirdilib. Aparılacaq islahatların yükü tutuquşu həvəskarı, nazir müvini Samvel Markaryanın üzərinə düşür.

Bütün bunlara baxmayaraq, nazirlərin təyinatı hələ ki məlum deyil. Daşnak nazirlərin də müstəqil koalissiya təşkil etməsi gözlənilir. Serj Sarkisyanın qumar yoldaşı Davit Lokyan isə öz vəzifəsində qalacağı bildirilir.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Seçki   Sarksyan  





Xəbər lenti