Milli qəhrəmanlara ayda 1000 manat təqaüd veriləcək

Milli qəhrəmanlara ayda 1000 manat təqaüd veriləcək
  29 Avqust 2013    Oxunub:1093
Azərbaycanda Milli qəhrəmanlar üçün 1000 manat aylıq təqaüd müəyyən edilib
Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1000 (bir min) manat müəyyən edilməsi qərara alınır.

Fərmana görə, "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının 1-ci hissəsində "3.000.000 (üç milyon)" sözləri "1000 (bir min)" sözləri ilə əvəz edilir.

Fərmanda Nazirlər Kabinetinə fərmanın icrasının təmin edilməsi ilə əlaqədar lazım olan məsələləri həll etmək tapşırılır.

Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.


Teqlər:  





Xəbər lenti