Gümrüdə təcili tibbi yardımın işçiləri girov götürülüb

Gümrüdə təcili tibbi yardımın işçiləri girov götürülüb
  08 Aprel 2017    Oxunub:1716
Aprelin 7-də Gümrüdə yerləşən mənzillərdən birindən təcili tibbi yardıma müraciət daxil olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə gələn tibbi yardım heyəti gözlənilməz mənzərə ilə qarşılaşıb.

Belə ki, Gümrü sakini ambulansın sürücüsünü girov götürərək onlardan araq tələb edib. Məlumata görə, 49 yaşlı S. Artyom sürücünü 40 dəqiqə mənzilində saxlamaqla istədiklərinin gətirilməsi tələb edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Gümrü  





Xəbər lenti