Futzalçılarımız seçmə yarışlara qələbə ilə başladı

Futzalçılarımız seçmə yarışlara qələbə ilə başladı
  09 Aprel 2017    Oxunub:2900
Futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

Qrupun favoritlərindən hesab olunan Biro Jadenin rəhbərlik etdiyi yığma ilk görüşdə Bosniya və Herseqovina millisini üstələyib - 5:4.

Qrupdakı digər oyunda isə Macarıstan Albaniyanı 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, B qrupun bütün oyunları Bakı İdman Sarayında keçirilir. Azərbaycan millisi aprelin 10-da Albaniya yığması ilə qarşılaşacaq. Görüş saat 18:30-da başlayacaq.

AzVision.az


Teqlər: Futzal   Milli   Qələbə  





Xəbər lenti