Lavrov və Tillerson Suriya problemini müzakirə edib

Lavrov və Tillerson Suriya problemini müzakirə edib
  09 Aprel 2017    Oxunub:1656
Rusiya XİN rəhbəri Serqey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in "Facebook"dakı rəsmi səhifəsində deyilir.

Tərəflər telefon danışığı zamanı ABŞ-ın Suriya bazasına endirdiyi hava zərbələrini müzakirə ediblər.

Məlumarda deyilir ki, Serqey Lavrov qeyd edib ki, ABŞ-ın Suriya bazasına endirdiyi hava zərbələri ekstremistlərin xeyrinədir.

AzVision.az


Teqlər: Rusiya   ABŞ   Suriya   XİN  





Xəbər lenti