Tramp Suriyanı raketlə vurmasının səbəbini açıqladı

Tramp Suriyanı raketlə vurmasının səbəbini açıqladı
  09 Aprel 2017    Oxunub:2801
ABŞ prezidenti Donald Tramp Konqres üzvlərinə aprelin 7-nə keçən gecə Suriyaya endirilən raket zərbəsinə dair bildiriş məktubu göndərib.
Məktubun mətni tam olaraq Trampın zərbədən sonra səsləndirdiyi bəyanatı təkrarlayır. Belə ki, prezident Suriya hakimiyyətini aprelin 4-də İdlib əyalətində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Tramp, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirildiyini qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Homs əyalətindəki “Şayrat” aerodromuna 59 raket atıb.

Homs qubernatoru zərbə nəticəsində 5 hərbçi və 2 mülki şəxsin öldüyünü bildirib. (APA)

AzVision.az


Teqlər: ABŞ   Tramp   Konqres   Suriya  





Xəbər lenti