Moskvada iki qatar toqquşdu - 50 yaralı var

Moskvada iki qatar toqquşdu - 50 yaralı var
  09 Aprel 2017    Oxunub:1511
Moskvanın qərbində iki qatar toqquşub.

“Rusiya Dəmir Yolları”ndan RİA Novosti-yə bildirilib ki, hadisədən sonra 50 nəfər tibbi yardımın göstərilməsi üçün həkimlərə müraciət edib.

“Elektrik qatarının iki vaqonunun və sərnişin qatarının lokomotivinin seksiyasının relsdən çıxması nəticəsində dəmir yolunda hərəkət dayandırılıb. İlkin məlumata görə, tibbi yardımın göstərilməsi üçün 50 nəfər həkimlərə müraciət edib”, - deyə məlumatda vurğulanıb.

Bundan əvvəl 20 nəfərin xəsarət alması, 12 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

AzVision.az


Teqlər: Moskva   Qatar   Qəza  





Xəbər lenti