“Torqovı” aksiyasında heç kim həbs olunmayıb-Yenilənib

“Torqovı” aksiyasında heç kim həbs olunmayıb-Yenilənib
  29 Avqust 2013    Oxunub:1124
Polisin 30 nəfəri saxladığı iddia olunurdu.
Avqustun 28-i axşam saatlarında Bakının Fəvvarələr Meydanında ( “Torqovı”) 35 nəfərə yaxın ictimai fəal "Azad seçki" gəzintisi təşkil edib. Üzərində "Azad seçki" yazılmış köynəklər geyinən fəallar qarşıdan gələn prezident seçkisinin azad və ədalətli olması tələbinə diqqət çəkiblər. Aksiyanı "Azad seçki -2013" İctimai Dəstək Qrupu təşkil edib. Qrupa 10-dan çox QHT daxildir.

Aksiyanın iştirakçısı və təşkilatçılarından biri Anar Məmmədli isə "azadliq.info"ya deyib ki, saxlanılanların olduğu barədə məlumat doğru deyil. "Aksiyamız təxminən 45 dəqiqə çəkdi. Flaşmob tipli aksiya idi. Polis bizi müşaiyət edirdi. Lakin heç kimi saxlamadı. Aksiyamızı dinc şəkildə başa vurduq", deyə A.Məmmədli qeyd edib (azadliq.info).



Üzərində “Azad seçki” şüarları yazılmış köynəklər geyinən bir qrup gənc Bakının “Torqovı” küçəsində icazəsiz aksiya keçiriblər. Hadisə şahidlərinin verdiyi xəbərə görə, gənclər ilkin açıqlamalarında sadəcə flaşmob keçirmək istədiklərini bildiriblər.

Aksiya asayiş keşikçiləri tərəfindən yatırılıb. 30 nəfər yaxın aksiyaçının saxlanıldığı bildirilir.(Virtual.az)




Teqlər:  





Xəbər lenti