Misirdə kilsədə partlayış: 40 ölü, (Yenilənib)

Misirdə kilsədə partlayış: 40 ölü, (Yenilənib)
  09 Aprel 2017    Oxunub:1776
Bu gün Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər tərəfindən kilsələrdə törədilən partlayış nəticəsində 40 nəfər ölüb.
Bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Son məlumatlara görə, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 10 nəfər ölüb.

***
(14:13)

Misirin Tanta şəhərində kilsədə törədilən partlayış nəticəsində 17 nəfər ölüb, 40 nəfər yaralanıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayıcı qurğu kilsədə ibadət zalına qoyulub. Bu partlayışdan az sonra Misir Daxili İşlər Nazirliyinin şəhərdəki təlim mərkəzi yaxınlığında da partlayış törədilib.

AzVision.az


Teqlər: Misir   Kilsə   Terror  





Xəbər lenti