Misirdə 3 günlük matəm elan edilib

Misirdə 3 günlük matəm elan edilib
  10 Aprel 2017    Oxunub:1483
Misir hökuməti ölkədə törədilən terror aktları ilə bağlı ölkədə üç günlük matəm elan edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelərin törətdikləri partlayışlar nəticəsində 46 nəfər ölüb.

Qeyd edək ki, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər həyatını itirib. İsgəndəriyyədə isə kilsədə törədilən partlayışda isə 16 nəfər ölüb. Hadisə nəticəsində 100-dən çox insan yaralanıb.

AzVision.az


Teqlər: Misir   Matəm  





Xəbər lenti