Misirdə 3 aylıq fövqəladə rejim elan edildi

Misirdə 3 aylıq fövqəladə rejim elan edildi
  10 Aprel 2017    Oxunub:1109
Misirdə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu prezident Əbdülfəttah əs-Sisi xalqa müraciətində bəyan edib.

Bundan əvvəl Misir hökuməti aprelin 9-da Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üçgünlük matəm elan etmişdi.

Kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

AzVision.az


Teqlər: Misir  





Xəbər lenti